İnzaqi “Əl-Hilal”dan ayrılmaq istəyir? - 26 milyon avrodan imtina etdiyi iddia olunur

10 Noyabr 2026 14:15
49
İnzaqi “Əl-Hilal”dan ayrılmaq istəyir? - 26 milyon avrodan imtina etdiyi iddia olunur

İtaliyalı mütəxəssis Simone İnzaqinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubundan ayrılmaq qərarına gəldiyi iddia olunur.

İdman.Biz xəbər verir ki, italiyalı jurnalist Nikola Şiranın yaydığı məlumata görə, İnzaqi klubla müqaviləsini yeniləmək istəmir və illik 26 milyon avrodan (təxminən 49,5 milyon manat) imtina edib. Mütəxəssisin hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.

Qeyd edək ki, bir müddət əvvəl İnzaqinin agenti Federiko Pastorello onun “Əl-Hilal”dan ayrılmaq niyyətində olmadığını açıqlamışdı. Agent Sportmediaset-ə müsahibəsində mütəxəssisin gələcəyi ilə bağlı qərarını mövsümün sonunda verəcəyini bildirib.

Xatırladaq ki, “Əl-Hilal” Səudiyyə Ərəbistanı çempionatında 11 turdan sonra 30 xalla turnir cədvəlinə başçılıq edir.

İdman.Biz