“Sabah”ın futbolçusu Coy Lens-Mikelsə maraq göstərən klubların sayı artır.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Türkiyənin “Rizespor” klubu 32 yaşlı hücumçunu mümkün transfer hədəfləri siyahısına daxil edib.
Klub rəsmiləri ilk növbədə futbolçunun müqavilə şərtləri ilə maraqlanacaq. Şərtlər onlar üçün qənaətbəxş olacağı təqdirdə “Sabah”a rəsmi təklif göndəriləcək.
Qeyd edək ki, Coy Lens-Mikelsin “Sabah”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
