Özbəkistan çempionatında kütləvi dava: Dörd futbolçu meydandan qovuldu - VİDEO

10 Noyabr 2026 14:43
51
Özbəkistan çempionatında kütləvi dava: Dörd futbolçu meydandan qovuldu - VİDEO

Özbəkistan Pro Liqasında keçirilən qarşılaşmada futbolçular arasında kütləvi dava baş verib.

İdman.Biz xəbər verir ki, çempionatın 26-cı turu çərçivəsində keçirilən “Gazalkent” – “Respublika FA” matçında hər iki komandanın futbolçuları arasında qarşıdurma yaşanıb.

Gərginliyin böyüməsinin qarşısını almaq üçün təhlükəsizlik əməkdaşları dərhal meydana daxil olaraq münaqişəyə müdaxilə ediblər. Hadisə zamanı baş hakim dörd futbolçuya qırmızı vərəqə göstərib.

Qarşılaşma “Respublika FA”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Özbəkistan Peşəkar Futbol Liqasının rəsmi məlumatına əsasən, insident nəticəsində heç kim xəsarət almayıb. Hadisənin səbəbləri və iştirakçıların davranışları liqanın İntizam Komitəsi tərəfindən araşdırılır.

İdman.Biz
Məqalədə: