Region Liqasında yeni mövsümə start verildi

10 Noyabr 2026 14:35
25
Region Liqasında yeni mövsümə start verildi

AFFA Region Liqasının 2026/2027-ci illər mövsümünə yeni formatda start verilib.

İdman.Biz xəbər verir ki, noyabrın 7-dən 9-dək AFFA Futbol Layihələri Şöbəsinin rəhbərliyi və Regional Futbol Federasiyalarının iştirakı ilə keçirilən ilk turun oyunlarında 70-dən çox komanda mübarizə aparıb.

Bu mövsüm Bakı, Mərkəz, Şimal, Cənub, Qarabağ, Şimal-Qərb və Qərb regionları ilə yanaşı, uzun fasilədən sonra Naxçıvan komandaları da yarışa qoşulub.

Qeyd edək ki, AFFA Region Liqası 2027-ci ilin may ayınadək davam edəcək.

İlk turun oyunlarında qeydə alınan nəticələri təqdim edirik:

Bakı regionu

Ramana FK – City Baku 6-4

Capital Baku – Fencing İK 1-3

Xan Çinar FK - İRS FK 2-3

İnşaatçı PİK – Cənclər Birliyi Bakı PFK 0-5

Əmirli FK – İCBFA 13-0

Lokomotiv Baku FK – Xəzər Binəqədi 1-4

Caspian FC - Cəngi 0-1

Qarabağ regionu

Naftalan Gəncləri FK – Laçın PFK 7-0

Naftalan FK – Pambıqçı FK 2-1

Goranboy OİK FK – Ərgünəş-Füzuli 0-5

Naxçıvan regionu

Sədərək FK – Sirab FK 0-11

Babək FK – Altay FK 0-1

Əlincə FK - Ordubad FK 7-2

Xok FK – Arpaçay FK 0-1

Cənub regionu

Kürsəngi FK – Zəfər 44 13-0

Viləş PFK – Cəlilabad FK 1-1

Biləsuvar FK – Xıdırlı Salyan FK 7-1

Şimal regionu

Qaradağ Şıxlar – Ələt FK 0-5

Xudat City – Qobu PFK 4-1

Qobustan FK - Vətən Naminə 2-2

Universal FA – Mübariz (Binə) FK 6-1

Mərkəz regionu

Olimpik Sabirabad – Mil İK 2-2

Aran FK (Beyləqan) – Sabirabad FK 4-0

Mərcanlı FK – Araz (İmişli) 5-1

Məzrəli FK – İnşaatçı FK 0-7

Şimal-Qərb və Qərb regionları

Ərəş Sporting – Göygöl FK 1-2

Göyəzən PFK – Balakən FK 2-2

Gənclik (Şəki) – Şəfəq FC 0-3

VT Gəncə FK – Qovlar PFK 2-4

İdman.Biz