Rodri "Barselona" futbolçusunun nömrəsini istəyir

17 Avqust 2026 21:48
95
Rodri "Barselona" futbolçusunun nömrəsini istəyir

Rodri "Mançester Siti"dən "Barselona"ya keçdikdən sonra 16 nömrəli formada çıxış etmək istəyir.

İdman.Biz xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, hazırda Kataloniya klubunda bu nömrə Fermin Lopesə məxsusdur.

Mənbənin məlumatına əsasən, Rodri artıq komanda yoldaşına 16 nömrəli formanı götürmək istədiyini bildirib. Lopes isə Ferran Torresin gedişindən sonra boş qalan 7 nömrəli formaya keçməyi planlaşdırır.

Beləliklə, Rodri uzun müddətdir çıxış etdiyi 16 nömrəli formanı "Barselona"da da geyinə biləcək.

"Barselona" 2026/27 mövsümündə ilk oyununu avqustun 23-də keçirəcək. Hans-Diter Flikin komandası səfərdə "Elçe" ilə qarşılaşacaq.

İdman.Biz