Mourinyo dünya çempionunun "Real"a transferini təsdiqlədi

17 Avqust 2026 20:10
98
Mourinyo dünya çempionunun "Real"a transferini təsdiqlədi

"Real"ın baş məşqçisi Joze Mourinyo İspaniya millisinin yarımmüdafiəçisi Martin Subimendinin mümkün transferinə razılıq verib.

İdman.Biz xəbər verir ki, TeamTalk-a istinad edən Mundo Deportivo-nun məlumatına görə, Madrid klubu heyətini gücləndirmək üzərində çalışır və portuqaliyalı mütəxəssis 27 yaşlı "Arsenal" futbolçusunun transferinə "yaşıl işıq" yandırıb.

Bildirilir ki, London təmsilçisi sərfəli təklif alacağı təqdirdə Subimendinin satışını nəzərdən keçirməyə hazırdır.

İspaniyalı yarımmüdafiəçi "Arsenal"ın heyətində 58 rəsmi oyun keçirib, altı qol vurub və üç məhsuldar ötürmə edib.

Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 75 milyon avro təşkil edir.

Qeyd edək ki, Subimendi bu yay İspaniya millisinin heyətində dünya çempionu olub.

İdman.Biz