“Daha pis ola bilərdi” - Mourinyo gözünün altındakı göyərmənin səbəbini açıqlayıb

17 Avqust 2026 16:55
84
“Daha pis ola bilərdi” - Mourinyo gözünün altındakı göyərmənin səbəbini açıqlayıb

“Real Madrid” futbol klubunun baş məşqçisi Joze Mourinyo “Şalke-04”lə yoxlama oyununda (3:0) gözünün altında göyərmə ilə meydana çıxaraq diqqət çəkib.

İdman.Biz xəbər verir ki, hadisə jurnalistlərin və azarkeşlərin suallarına səbəb olub.

Portuqaliyalı mütəxəssis zədəsinin səbəbini açıqlayaraq bunun məşq zamanı baş verdiyini bildirib.

“Məşq zamanı üzümə top dəydi. Əgər eynək taxmasaydım, yəqin ki, heç nə olmazdı. Daha pis ola bilərdi”, - deyə Mourinyo bildirib.

Qeyd edək ki, “Real Madrid” mövsümöncəsi hazırlıq prosesini Almaniyanın “Şalke-04” komandası üzərində inamlı qələbə ilə başa vurub - 3:0.

Madrid təmsilçisinin qollarını hücumçular Kilian Mbappe və Karlos Eski, həmçinin müdafiəçi Din Heysen vurublar.

İdman.Biz