“Qarabağ”ın Niderlanda səfər planı məlum olub - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

17 Avqust 2026 16:24
118
“Qarabağ”ın Niderlanda səfər planı məlum olub - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

“Qarabağ” futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə səfər oyunu öncəsi hazırlıq planı məlum olub.

Klubun mətbuat xidmətindən İdman.Biz-ə verilən məlumata görə, Ağdam təmsilçisi Niderlanda qarşılaşmadan bir gün əvvəl gedəcək.

“Köhlənlər” iyulun 19-da yerli vaxtla saat 14:00-da Enshede şəhərinə yola düşəcəklər.

Qeyd edək ki, “Tvente” - “Qarabağ” matçı avqustun 20-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Tərəflərin cavab qarşılaşması avqustun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

İdman.Biz
Məqalədə: