“Neftçi”nin slovakiyalı hücumçusu: “Qol vurduğum üçün çox sevinirəm”

17 Avqust 2026 17:19
86
“Neftçi”nin slovakiyalı hücumçusu: “Qol vurduğum üçün çox sevinirəm”

“Bu oyunda qələbə qazanmaq bizim üçün vacib idi. Çünki çempionatdakı ilk qarşılaşmamız idi”.

Bu sözləri “Neftçi”nin futbolçusu Lyubomir Tupta deyib.

Slovakiyalı hücumçu Misli Premyer Liqasının birinci turunda səfərdə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşma barədə fikirlərini bölüşüb.

O, komandanın mövsümə qələbə ilə başlamasının əhəmiyyətini vurğulayıb.

“Qol da vurdum. Bunun üçün çox sevinirəm və şadam. İşləməyə davam etməliyik”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Tupta komandanın digər üzvləri Breno Almeyda və Freddi Varqasla anlaşmasından da danışıb.

26 yaşlı futbolçu hücum xəttindəki yeni üçlüyün daha da yaxşı anlaşması üçün zamana ehtiyac olduğunu bildirib:

“Son iki həftə üçümüz birlikdə məşq edirdik. Anlaşmağımız çox yaxşıdır. Amma qarşıdakı matçlarda daha yaxşı çıxış etmək üçün bizə bir az da vaxt lazımdır”.

Qeyd edək ki, “Neftçi” ikinci turda “Araz-Naxçıvan”ı qəbul edəcək. Qarşılaşma avqustun 23-də olacaq.

İdman.Biz