Braziliyada futbolçu topu fotoqrafın başına vurdu - VİDEO

17 Avqust 2026 16:31
88
Braziliyada futbolçu topu fotoqrafın başına vurdu - VİDEO

Braziliya çempionatında “Gama” ilə “San Joze” arasında keçirilən oyun zamanı gözlənilməz hadisə baş verib.

İdman.Biz xəbər verir ki, matçda “San Joze”nin müdafiəçisi Tiago Pedra topu güclü zərbə ilə meydandan kənara vurub.

Top meydanın kənarında çəkiliş aparan qadın fotoqrafın başına dəyib. Zərbədən sonra fotoqraf huşunu itirərək yerə yıxılıb.

Ona dərhal tibbi yardım göstərilib və qadın bir neçə dəqiqə sonra özünə gəlib. Onun vəziyyətinin hazırda yaxşı olduğu bildirilib.

Qeyd edək ki, görüş “Gama”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz