"Liverpul" PSJ-nin hücumçusu İbrahim Mbaye ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
İdman.Biz xəbər verir ki, RMC Sport-un məlumatına görə, 18 yaşlı seneqallı futbolçu İngiltərə klubuna keçməyə razılıq verib.
Tərəflər beşillik müqavilə barədə razılığa gəliblər. İndi "Liverpul" gənc vingerin transfer məbləğini müəyyənləşdirmək üçün PSJ ilə danışıqlar aparmalıdır.
Mbaye ilə "Bayer" də maraqlanırdı. Lakin Almaniya klubu futbolçunun transferi uğrunda mübarizədən geri çəkilib.
"Liverpul" Paris klubunun daha bir futbolçusu Bredli Barkola ilə də maraqlanır. Beləliklə, İngiltərə təmsilçisi hər iki oyunçunun transfer qiyməti ilə bağlı PSJ ilə razılığa gəlməlidir.
