"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri "Barselona"ya transferini tamamlamaq üçün Kataloniyanın paytaxtına gəlib.
İdman.Biz xəbər verir ki, Marca-nın məlumatına görə, futbolçu sabah tibbi müayinədən keçəcək. Bütün lazımi sənədlər imzalandıqdan sonra Kataloniya klubu transferi rəsmən açıqlayacaq.
Rodri Barselonaya gəldikdən sonra gələcək transferi ilə bağlı təəssüratlarını bölüşüb.
"Mən xoşbəxtəm. Son bir neçə gün çox gərgin keçdi, amma hər şeyin həll olunmasına şadam. Əlbəttə, "Barselona"da oynamaq xəyaldır. Əksəriyyətini artıq tanıdığım komanda yoldaşlarıma qoşulmağı çox istəyirəm. Çempionlar Liqası üçün? Hər şey üçün", - deyə dünya çempionu və "Qızıl top"un sahibi bildirib.
Mənbənin məlumatına görə, transferin ümumi məbləği 76,5 milyon avro təşkil edəcək. Bunun 60 milyon avrosu sabit ödəniş, daha 16,5 milyon avrosu isə bonuslar şəklində nəzərdə tutulub.
