İngiltərə millisi minimal hesabla Yeni Zelandiyaya qalib gəlib

7 İyun 2026 02:15
108
İngiltərə millisi minimal hesabla Yeni Zelandiyaya qalib gəlib

İngiltərə və Yeni Zelandiya arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun ABŞ-ın Tampa şəhərindəki “Raymond James” stadionunda baş tutub və “üç şir”in 1:0 hesablı qələbəsi ilə bitib.

Matçın yeganə qolunu Harri Keyn ilk hissənin sonlarında, 45+3-cü dəqiqədə vurub.

İngiltərə və Yeni Zelandiya milli komandaları yayda ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında mübarizə aparacaqlar. Yarış 11 iyun - 19 iyul 2026-cı il tarixlərində keçiriləcək.

İngiltərə L qrupunda Xorvatiya, Qana və Panama ilə, Yeni Zelandiya isə G qrupunda Misir, İran və Belçika ilə oynayacaq.

İdman.Biz