Almaniyanın "Bayer Leverkuzen" klubu ilə İspaniyanın "Sevilya" klubu arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz bildirir ki, leverkuzenlilər 2:1 hesablı qələbəni qeyd ediblər.
Migel Sierra hesabı açıb. "Sevilya"nın hücumçusu ilk hissənin əvvəlində, 16-cı dəqiqədə qol vurub. Leverkuzenlilərin hücumçusu Patrik Şik ikinci hissənin 66-cı dəqiqəsində bərabərlik qolunu vurub. Şik 78-ci dəqiqənin sonlarında ikinci qolunu vuraraq Almaniya komandasının qələbəsini təmin edib.
Ötən mövsüm "Bayer Leverkuzen" Almaniya çempionatında 59 xalla altıncı yeri tutub. "Sevilya" 43 xalla İspaniya La Liqasında 13-cü yerdə olub.
