“Tottenhem” Londonda “Xetafe”yə qalib gələ bilməyib

8 Avqust 2026 20:22
102
“Tottenhem” Londonda “Xetafe”yə qalib gələ bilməyib

İngiltərənin “Tottenhem” və İspaniyanın “Xetafe” klubları arasında yoxlama oyunu başa çatıb.

İdman.Biz bildirir ki, matç Londondakı “Hotspur Vey” stadionunda keçirilib.

Oyun qarşılıqlı razılaşma əsasında 70 dəqiqə davam edib və 1:1 hesabı ilə qurtarıb.

Hesabı 65-ci dəqiqədə “Xetafe”li Alberto Risko açıb. 70-ci dəqiqədə “Tottenhem”dən Konor Qallaher cavab qolunu vurub.

İdman.Biz