“Pari Sen-Jermen” və “Mançester Yunayted” futbol klubları arasındakı yoldaşlıq matçı yekunlaşıb.
İdman.Biz bildirir oyun İsveçin Geteborq şəhərindəki “Ullevi” stadionunda baş tutub.
Qarşılaşma 1:1 hesabı ilə bitib.
Matçda hesabı PSJ-dən İbrahim Mbaye 2-ci dəqiqədə açıb. 27-ci dəqiqədə Brayan Mbemo cavab qolunu vurub.
Ötən mövsüm PSJ Fransa çempionu olub və UEFA Çmepionlar Liqasını qazanıb. “Mançester Yunayted” isə İngiltərə Premyer Liqasında üçüncü olub.
