“Brayton” dogma meydançada “Roma”nı darmadağın etdi

8 Avqust 2026 20:39
88
“Brayton” dogma meydançada “Roma”nı darmadağın etdi

İngiltərənin “Brayton” və İtaliyanın “Roma” klubları arasında yoxlama oyunu başa çatıb.

İdman.Biz bildirir ki, matç Braytondakı “Amerikan Ekspress” stadionunda keçirilib.

İngiltərə klubu 3:0 hesabı ilə qələbə qazanıb.

Hesabı 29-cu dəqiqədə Jorjinyo Rütter açıb. 40-cı dəqiqədə Yasin Ayari fərqlənib – 2:0. 50-ci dəqiqədə Ayari dubl edib.

İdman.Biz