Keçmiş agenti Neymarın “Barselona”dakı maaşını necə qaldırdıqlarını danışıb

8 Avqust 2026 19:24
126
Keçmiş agenti Neymarın “Barselona”dakı maaşını necə qaldırdıqlarını danışıb

Neymarın keçmiş agenti Vaqner Ribeyro, hücumçunun atası ilə birlikdə PSJ-nin maraqlarından necə sui-istifadə edərək müştərisinin "Barselona"dakı maaşını artırdıqlarını açıqlayıb.

İdman.Biz bildirir ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da, 2017-2023-cü illərdə isə PSJ-də oynayıb.

“PSJ-yə transferindən bir il əvvəl İbizada atası və Neymarın özü ilə görüş keçirdim. PSJ prezidenti Nasser Əl-Xelayfini də özümlə apardım. Bunu gizlicə etdim; orada üç saat keçirdik.

Belə razılığa gəlindi: Nasser Neymara otel şəbəkəsinin dövriyyəsinin müəyyən faizini (Fransız klubunun sahiblərinə məxsus otel şəbəkəsinin dövriyyəsindən – red.), təyyarə və “Barselona”dakı maaşından ikiqat çox maaş verəcəkdi. Neymar “Barselona”da 11 milyon avro qazanırdı, Nasser 25 milyon avro təklif etdi. Biz 40 milyon avro istədik.

Bu görüşdən sui-istifadə edən Neymarın atası və mən “L'Équipe” vasitəsilə Fransa mətbuatına PSJ-nin oyunçuya ildə 25 milyon avro təklif etdiyini sızdırdıqda, “Barselona” da eyni şəkildə cavab verdi - ona 26 milyon avro verdilər.

Bir il sonra Neymarın 40 milyon avro qazanacağı gözlənilirdi və parislilər transfer üçün 222 milyon avro ödədilər. Bu doğrudur. Pul hər şeyi həll edir, elə deyil?”, - Ribeyro deyib.

İdman.Biz
Məqalədə: