Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda iştirak edəcək ölkələrin və idmançıların sayı açıqlanıb.
İdman.Biz Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, turnirdə 31 ölkədən ümumilikdə 194 idmançı medallar uğrunda mübarizə aparacaq.
Onlardan 137-si böyüklər, 57-si isə gənclər kateqoriyasında çıxış edəcək.
Qeyd edək ki, Avropa Kuboku aprelin 30-dan mayın 3-dək davam edəcək.
