Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə birinciliyi keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarışlarda ölkənin müxtəlif idman klublarını təmsil edən gimnastlar müxtəlif yaş kateqoriyaları və proqramlar üzrə çıxış edəcəklər.
İştirakçılar həm fərdi, həm də komanda yarışlarında mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış oktyabrın 28-də yekunlaşacaq.
