Bu gün Batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə isə 22-ci ölkə birinciliyi keçirilir.
İdman.Biz xəbər verir ki, ölkənin müxtəlif idman klublarını təmsil edən gimnastlar yaş kateqoriyaları üzrə birincilik uğrunda mübarizə aparırlar.
Batut gimnastları fərdi və sinxron proqramlarda, tamblinq üzrə idmançılar isə fərdi proqramda çıxış edirlər.
Qeyd edək ki, yarışlar Milli Gimnastika Arenasının köməkçi zalında keçirilir.
