Çinin Nankin şəhərində keçiriləcək batut və tamblinq üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb.
Azərbaycan Gimnastika Federasiyasından İdman.Biz-in sorğusuna cavab olaraq bildirilib ki, mundialda ölkəmizi yeddi gimnast təmsil edəcək.
Batut yarışlarında Maqsud Mahsudov, Selcan Mahsudova və Hüseyn Abbasov mübarizə aparacaqlar. Tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, noyabrın 4-dən 8-dək keçiriləcək dünya çempionatında 34 ölkədən 360-dan çox idmançı medallar uğrunda mübarizə aparacaqlar.
