Gimnastımız Selcan Mahsudova Dünya kubokunda qızıl medal qazandı - FOTO

18 Oktyabr 2026 17:55
129
Gimnastımız Selcan Mahsudova Dünya kubokunda qızıl medal qazandı - FOTO

Azərbaycanın batut gimnastı Selcan Mahsudova Almaniyanın Kotbus şəhərində keçirilən Dünya kuboku yarışında qızıl medal qazanıb.

İdman.Biz xəbər verir ki, təmsilçimiz qadınların fərdi mübarizəsində uğurlu çıxışı ilə fərqlənib.

Final mərhələsində hərəkətlərini uğurla yerinə yetirən Mahsudova hakimlərdən 55,540 xal alaraq bütün rəqiblərini qabaqlayıb və Dünya kubokunun qalibi olub.

İdman.Biz