Batut və tamblinq gimnastikası üzrə Azərbaycan birinciliyi keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə 22-ci ölkə birinciliyi oktyabrın 21-də təşkil olunacaq.
Yarışlar Milli Gimnastika Arenasının köməkçi zalında baş tutacaq.
