Azərbaycan gimnastı Çində keçirilən dünya çempionatının finalına yüksəlib

15 Noyabr 2026 13:54
71
Azərbaycan gimnastı Çində keçirilən dünya çempionatının finalına yüksəlib

Azərbaycan gimnastı Ammar Baxşalıyev Çində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatının finalına vəsiqə qazanıb.

İdman.Biz Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz fərdi proqram üzrə təsnifat mərhələsini uğurla keçib.

Baxşalıyev çıxışına görə 54,850 xal toplayaraq altıncı yeri tutub və həlledici mərhələdə iştirak etmək hüququ qazanıb.

Beləliklə, Azərbaycan gimnastı dünya çempionatında medallar uğrunda mübarizəni davam etdirəcək.

İdman.Biz