Qazaxda keçirilən bədii gimnastika üzrə “Grace of Nature” turnirinə bu gün yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində oktyabrın 10-da start götürən yarış iki gün davam edir. 2026-cı ilin “İdman paytaxtı” olan şəhər bu turnirə ilk dəfə ev sahibliyi edir.
Turnirdə 20 klubdan 250-yə yaxın gimnast iştirak edir. Onlar Bakı, Abşeron, Sumqayıt, Ağdaş, Gəncə, Göyçay, İsmayıllı, Mingəçevir, Sabirabad, Şamaxı, Şəmkir və Şirvanı təmsil edirlər.
İlk yarış günündə idmançılar müxtəlif yaş kateqoriyalarında fərdi və qrup hərəkətləri proqramları üzrə çıxış ediblər. Çıxışlardan sonra müvafiq kateqoriyaların qalibləri və mükafatçıları təltif olunub.
