Beynəlxalq Cüdo Federasiyasının (BCF) səfiri, gimnastika üzrə beşqat Olimpiya çempionu Nadya Komaneçi Bakıda keçirilən cüdo üzrə dünya çempionatının iştirakçılarına videomüraciət ünvanlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki,o, idmançı təcrübəsinə istinad edərək böyük nailiyyətlərin əsasında nizam-intizam, cəsarət və əzmkarlığın dayandığını vurğulayıb.
Komaneçi mundialda mübarizə aparan cüdoçulara səslənib: “Bakıda yarışan bütün idmançılara demək istəyirəm: qürurla mübarizə aparın, rəqiblərinizə hörmət edin və tatamidə əlinizdən gələni əsirgəməyin. Medallarla yanaşı, nümayiş etdirdiyimiz xarakter və gələcək nəslə verdiyimiz ilham da yadda qalır”.
Beşqat Olimpiya çempionu müraciətinin sonunda bütün iştirakçılara unudulmaz dünya çempionatı arzulayıb.
