Azərbaycan batutçuları Çexiyadakı turniri dörd medalla başa vurublar - FOTO

11 Oktyabr 2026 14:58
112
Azərbaycan batutçuları Çexiyadakı turniri dörd medalla başa vurublar - FOTO

Azərbaycanın batut gimnastları Çexiyada keçirilən beynəlxalq turnirdə üç qızıl və bir gümüş medal qazanıblar.

İdman.Biz xəbər verir ki, yarış oktyabrın 9-11-də təşkil olunub.

Qızıl medallardan birini 13-14 yaş qrupunda sinxron proqramda çıxış edən Ömər Qasımlı və Muhamməd Həsənli qazanıblar. Cütlük 45,210 xalla birinci yeri tutub.

Gənclərin fərdi proqramında Azərbaycan təmsilçiləri iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ammar Baxşalıyev 55,830, Samirə Hüseynova isə 50,470 xalla qalib gəlib.

Böyüklərin qarışıq sinxron proqramında Nicat Mirzəyev və Ayan Şabanova 44,860 xal toplayaraq gümüş medala sahib olublar.

İdman.Biz