Azərbaycan gimnastlarından Dünya kubokunda qızıl medal və iki titul - FOTO

18 Oktyabr 2026 21:45
129
Azərbaycan gimnastlarından Dünya kubokunda qızıl medal və iki titul - FOTO

Azərbaycan gimnastları Almaniyanın Kotbus şəhərində keçirilən batut gimnastikası üzrə Dünya kubokunda növbəti uğura imza atıblar.

İdman.Biz xəbər verir ki, Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda 51,510 xal toplayaraq qızıl medal qazanıblar.

Azərbaycan təmsilçiləri bununla kifayətlənməyərək Dünya kuboku seriyalarının mövsüm üzrə qalibi adına da sahib olublar.

Mövsüm ərzində nümayiş etdirdikləri sabit nəticələr sayəsində Maqsud Mahsudov və Selcan Mahsudova qarışıq sinxron proqramda ümumi sıralamanın birincisi olublar.

Kişilərin sinxron proqramında isə Maqsud Mahsudov və Hüseyn Abbasov Dünya kuboku seriyalarının qalibi adını qazanıblar.

Beləliklə, Maqsud Mahsudov mövsümü iki fərqli sinxron proqramda Dünya kuboku seriyalarının qalibi kimi tamamlayıb.

İdman.Biz