Azərbaycanda idman gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - YENİLƏNİB + FOTO

24 Aprel 2026 13:24
924
Azərbaycanda idman gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - YENİLƏNİB + FOTO

Bu gün kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə isə 10-cu ölkə birinciliyinə start verilib.

İdman.Biz xəbər verir ki, yarış Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunub.

Birincilikdə ölkənin üç gimnastika klubundan - “Ocaq Sport” klubu, “Ocaq Sport” klubunun Sumqayıt bölməsi və Bakı Gimnastika Məktəbinin idman gimnastları iştirak edir. Burada kiçiklər, balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında ümumilikdə 50-yə yaxın gimnast mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış aprelin 25-də yekunlaşacaq.

10:00

Bu gün kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə isə 10-cu ölkə birinciliyi start götürəcək.

İdman.Biz xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq yarışda müxtəlif yaş kateqoriyaları üzrə çıxış edəcək idmançılar ayrı-ayrı proqramlarda öz bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, yarış aprelin 25-də yekunlaşacaq.

İdman.Biz