Azərbaycan Premyer Liqası: “Sabah” “Karvan-Yevlax”a qarşı

27 Aprel 2026 09:32
170
Azərbaycan Premyer Liqası: “Sabah” “Karvan-Yevlax”a qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasının 29-cu turu çərçivisində günün ikinci oyununda “Sabah” “Karvan-Yevlax”la qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, “Bank Respublika Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da çalınacaq.

Turnir cədvəlində “Sabah” 69 xalla liderdir, “Karvan-Yevlax” isə 14 xalla on ikinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası
Üçüncü dövrə, 29-cu tur
27 aprel
20:00. “Sabah” - “Karvan-Yevlax”

Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
“Bank Respublika Arena”

İdman.Biz