Braziliyada keçirilən “Paulista A3” çempionatının finalında “Portugesa Santista” və “Mariliya” komandaları üz-üzə gəliblər. “Ulriko Mursa” stadionunda baş tutan qarşılaşmada meydan sahibləri 2:0 hesablı qələbə qazanaraq çempionluq tituluna sahib çıxıblar.
İdman.Biz xəbər verir ki, matçın ən yadda qalan məqamı ikinci hissənin əlavə olunmuş vaxtında yaşanıb. Qarşılaşmanın 47-ci dəqiqəsində Kayşitonun vurduğu qələbə qolundan sonra futbolçular sevinclərini azarkeşlərlə bölüşmək üçün tribunaya tərəf qaçıblar.
İdmançının hasara dırmaşması və azarkeşlərin ona doğru axın etməsi nəticəsində stadionun mühafizə hasarı ağırlığa dözməyərək uçub. Hadisə zamanı qorxulu anlar yaşansa da, xoşbəxtlikdən xəsarət alan olmayıb və oyun normal şəkildə davam etdirilib.
