Ansu Fatinin atası futbolçunun gələcək planlarını açıqlayıb

27 Aprel 2026 06:45
385
Ansu Fatinin atası futbolçunun gələcək planlarını açıqlayıb

Müqavilə ilə İspaniyanın “Barselona” futbol komandasına məxsus olan Ansu Fatinin gələcək taleyi maraq doğurur. Hazırda icarə əsasında “Monako”da çıxış edən 23 yaşlı hücumçunun atası Bori Fati oğlunun karyerası ilə bağlı danışıb.

İdman.Biz xəbər verir ki, Bori Fati oğlunun hazırkı klubunda qalmağa meylli olduğunu bildirib.

“Hələ dəqiq bilmirik. Ansunun “Monako”da qalmasını istərdik, çünki bura onun xoşuna gəlir. Lakin onun “Barselona” ilə 2028-ci ilə qədər müqaviləsi var. Görək necə olur”, - deyə ata Fati söyləyib.

Qeyd edək ki, Monako təmsilçisinin ispan futbolçunu birdəfəlik transfer etmək hüququ olsa da, hələlik yekun qərar verilməyib. Fati “qırmızı-ağlar”ın heyətində keçirdiyi 27 matçda rəqib qapılarından on top keçirməyi bacarıb.

İdman.Biz