AFFA klublarla planlaşdırılan dəyişiklikləri müzakirə edib - FOTO

12 İyun 2026 18:02
95
AFFA klublarla planlaşdırılan dəyişiklikləri müzakirə edib - FOTO

AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə 2026/2027 mövsümündə iştirak edəcək komandaların nümayəndələri arasında görüş keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, görüşdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov da iştirak edib.

AFFA-nın inzibati binasında baş tutan tədbirdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub. 2026/2027 mövsümündə liqaların formatı, eləcə də növbəti mövsümlərdə yarışların təşkili və keçirilməsi ilə bağlı planlaşdırılan dəyişikliklər barədə tərəflərin rəyləri öyrənilib.

Müzakirələrin daha səmərəli baş tutması məqsədilə klubların akademiya direktorları və koordinatorları da dəvət olunub.

İdman.Biz
Məqalədə: