Yakop Poulsen: “Sabah” ciddi rəqibdir”

4 Avqust 2026 19:32
131
Yakop Poulsen: “Sabah” ciddi rəqibdir”

“Oyuna ciddi hazırlaşmışıq. Rəqibimiz kifayət qədər güclü komandadır. Sabah meydanda bizi nələrin gözlədiyini yaxşı bilirik”.

İdman.Biz bildirir ki, bu sözləri “Orhus” klubunun baş məşqçisi Yakop Poulsen UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Danimarkada “Sabah”a qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

“Rəqibimiz Azərbaycanın ən güclü komandası olan və ötən mövsüm Çempionlar Liqasında uğurlu çıxış edən “Qarabağ”ı qabaqlayaraq ölkə çempionu olub. Buna görə də “Sabah” ciddi rəqibdir. Hücum xətti yüksək səviyyədədir. Komanda müdafiədə də sabit çıxış edir və rəqiblərə qol fürsətləri yaratmağa imkan vermir. Bu mənada, sabah bizi nələrin gözlədiyini bilirik”, - Poulsen bildirib.

Avqustun 5-də Orhus şəhərinin “Ranners” stadionunda keçiriləcək “Orhus” – “Sabah” görüşü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.

İdman.Biz