Azərbaycanın “Turan Tovuz” futbol klubu yeni tərəfdaşlıq müqaviləsinə imza atıb.
İdman.Biz xəbər verir ki, Tovuz təmsilçisi "PeakEye Group" şirkəti ilə rəsmi əməkdaşlığa başlayıb.
Sazişin imzalanma mərasimindən əvvəl çıxış edən klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev müqavilənin maliyyə dəyərinin 2 milyon dollar təşkil etdiyini bildirib.
Tədbirdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov bunun idman ictimaiyyəti üçün bir bayram olduğunu vurğulayıb.
“Ümid edirəm ki, futbolumuzda və ümumiyyətlə idmanımızda daha çox sponsor olacaq”, - Qayıbov deyib.
"Turan-Tovuz"un prezidenti Ehtiram Quliyev qeyd edib ki, bu, həm klub, həm də bütövlükdə Azərbaycan futbolu üçün əlamətdar hadisədir.
"Bu vəsait infrastrukturun yaxşılaşdırılmasına, akademiyanın ehtiyaclarına və komandanın gücləndirilməsinə sərf olunacaq", - deyə Quliyev bildirib.
