CAR-ın qapıçısı afrikalıların onları dəstəkləməməsindən şikayət edib

12 İyun 2026 19:15
95
CAR-ın qapıçısı afrikalıların onları dəstəkləməməsindən şikayət edib

CAR-ın qapıçısı Ronven Uilyams DÇ-2026-dakı digər Afrika komandalarının Meksika ilə açılış matçında onları dəstəkləməməsindən təəssüfləndiyini bildirib.

İdman.Biz x\bər verir ki, CAR 11 iyunda Mexiko şəhərindəki “Estadio Azteca” stadionunda keçirilən turnirin açılış matçında Meksikaya 2:0 hesabı ilə məğlub olub.

“Afrikalılar hər dünya çempionatında həmişə digər Afrika komandalarını dəstəkləyiblər. Amma bizim vəziyyətimizdə niyə fərqli olduğunu başa düşə bilmirəm. Bir çox afrikalı bizi deyil, Meksikanı dəstəkləyirdi. Biz göz yaşlarının astanasında idik, bu, həqiqətən kədərlidir. Gəlin bir-birimizi afrikalılar kimi dəstəkləyək, birlikdə qalaq”, - jurnalist Tyerri Nyen Uilyamsın sözlərini sitat gətirib.

Cənubi Afrika Respublikası A qrupunda oynayır və növbəti oyunu 18 iyunda Atlantada Çexiya ilə keçirəcək.

İdman.Biz