Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Zirə” ilə üz-üzə

27 Aprel 2026 09:25
139
Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Zirə” ilə üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının 29-cu turunda iki oyun keçiriləcək. İlk oyununda “Turan Tovuz” “Zirə”ni qəbul edəcək.

İdman.Biz xəbər verir ki, saat 18:00-da start götürəcək qarşılaşma Tovuz şəhər stadionunda keçiriləcək.

Turnir cədvəlində “Turan Tovuz” 55 xalla üçüncü, “Zirə” isə 45 xalla dördüncü pillədə qərarlaşıb.

Misli Premyer Liqası
Üçüncü dövrə, 29-cu tur
27 aprel
18:00. “Turan Tovuz” - “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu

İdman.Biz
Məqalədə: