İdman.Biz xəbər verir ki, Misli Premyer Liqasının 29-cu turu çərçivisində keçirilən “Neftçi” - “Qarabağ” qarşılaşması qonaqların qələbəsi ilə başa çatıb - 1:5.
Oyunda ilk qolu doqquzuncu dəqiqədə "Qarabağ"ın futbolçusu Musa Qurbanlı vurub. Elvin Bədəlovla 21-ci dəqiqədə hesabı bərabərləşdirib. Musa Qurbanlı 32-ci dəqiqədə dublu edərək komandasını yenidən hesabda önə çıxarıb. "Qarabağ"ın növbəti qollarını 38-ci dəqiqədə Montiel, 68-ci dəqiqədə Andrade vurub. Yekun nöqtəni isə 90+3-cü dəqiqədə Emmanuel Addai qoyub - 1:5.
Bu qələbədən sonra xallarını 59-a çatdıran "Qarabağ" ikinci pillədə yerini möhkəmləndirib. 44 xalı olan "Neftçi" isə beşincidir.
20:30
Leandrdo Andrade 68-ci dəqiqədə "Qarabağ"ın dördüncü qolunu vuraraq hesabı darmadağın həddinə çatdırır - 1:4.
20:02
“Neftçi” - “Qarabağ” qarşılaşmasında ikinci hissə başladı. İlk 45 dəqiqədən sonra hesab 3:1 "Qarabağ"ın xeyrinədir.
19:48
“Neftçi” - “Qarabağ” qarşılaşmasında ilk 45 dəqiqədən sonra qapılara dörd qol vurulub. Hesab 1:3-dür.
19:39
Montiel 38-ci dəqiqədə "Qarabağ"ın üçüncü qolunu vurdu - 1:3
19:34
"Qarabağ" Musa Qurbanlının dublu ilə 32-ci dəqiqədə hesabda önə çıxır - 1:2.
19:22
"Neftçi" Elvin Bədəlovla 21-ci dəqiqədə hesabı bərabərləşdirir - 1:1
19:11
Musa Qurbanlı oyunun doqquzuncu dəqiqəsində hesabı açır - 0:1.
18:57
Misli Premyer Liqasının 29-cu turu çərçivisində günün ikinci oyunu olan “Neftçi” - “Qarabağ” qarşılaşması başladı.
18:25
İdman.Biz xəbər verir ki, “Neftçi” - “Qarabağ” qarşılaşması üçün start heyətlər açıqlanıb.
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. ElvinBədəlov7. Emil Səfərov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 70. Andrey Ştoqrin 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 14. Edvin Kuç 6. Sessi Dalmeyda 9. Bassala Sambu 27. Kristian Kostin 23. Cordan Rezabala 28. Alessio Kurçi
Məşqçi: Vitali Vernidub
“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov(k) 27.ToralBayramov 22. MusaQurbanlı 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo
Ehtiyat oyunçular: 89. Amin Ramazanov 97. Fabian Buntiç 77. Ramil Şeydayev 20. Kadi Borqes 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 17. Kamilo Duran 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
11:20
Bu gün Misli Premyer Liqasının 29-cu turu çərçivisində günün ikinci oyununda “Neftçi” “Qarabağ”la qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, "Palms Sports Arena"da baş tutacaq qarşılaşmanın start fiti saat 19:00-da çalınacaq.
Hazırda ev sahibi komanda 44 xalla turnir cədvəlinin beşinci pilləsindədir. Aktivində 56 xalı olan “Qarabağ” isə ikincidir.
Misli Premyer Liqası
Üçüncü dövrə, 29-cu tur
26 aprel
19:00. "Neftçi" – "Qarabağ"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
"Palms Sports Arena"
