FIFA 11 iyun - 19 iyul tarixlərində keçiriləcək dünya çempionatında sarı vərəqələrlə bağlı yeni qayda tətbiq etməyi planlaşdırır.
İdman.Biz xəbər verir ki, bu barədə “BBC Sport” məlumat yayıb.
Bildirilib ki, yenilik turniri futbolçular üçün daha ədalətli, azarkeşlər üçün isə daha baxımlı etmək məqsədi daşıyır.
Mənbənin məlumatına görə, qarşıdakı mundialda oyunçuların topladığı sarı vərəqələr iki mərhələdə silinəcək. İlk mərhələdə qrup mərhələsi başa çatdıqdan sonra, ikinci mərhələdə isə 1/4 finaldan sonra xəbərdarlıqlar ləğv olunacaq.
Qeyd edək ki, bu dəyişiklik dünya çempionatında ilk dəfə 1/16 final mərhələsinin keçirilməsi ilə əlaqədardır. Məqsəd futbolçuların diskvalifikasiya riski ilə üzləşməsinin qarşısını almaqdır.
