FIFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının finalı ilə bağlı təsdiqlənən yeni qərarı açıqlayıb.
İdman.Biz xəbər verir ki, tarixdə ilk dəfə mundialın final matçında fasilə zamanı şou proqram təşkil olunacaq.
İnfantino bu barədə ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən “Semafor World Economy” sammitində danışıb. Onun sözlərinə görə, 19 iyulda Nyu-York/Nyu-Cersi bölgəsində keçiriləcək finalda fasilə zamanı konsert-şou baş tutacaq.
Turnirin həlledici oyunu ABŞ-nin Nyu-Cersi ştatının İst-Ruterford şəhərində yerləşən “MetLife Stadium” stadionunda oynanılacaq.
FIFA rəhbəri bildirib ki, şou proqramın hazırlanmasında məşhur britaniyalı musiqi qrupu “Coldplay” və onun solisti Kris Martin iştirak edir.
