Tramp DÇ-2026-dan əvvəl ABŞ komandasını şəxsən dəstəkləyib

13 İyun 2026 01:22
96
Tramp DÇ-2026-dan əvvəl ABŞ komandasını şəxsən dəstəkləyib

ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatında ilk oyunundan əvvəl ABŞ milli futbol komandası ilə əlaqə saxlayıb.

İdman.Biz-in məlumatına görə, dövlət başçısı Paraqvayla qrup mərhələsi matçından əvvəl komanda və baş məşqçi Maurisio Poçettino ilə telefon danışığı aparıb.

“Siz fantastik insansınız, fantastik məşqçisiniz. Oyunçularınızın nə qədər yaxşı olduğunu bilirəm. Sona qədər getmək üçün həqiqətən yaxşı şansınız var. Sadəcə sizə uğurlar arzulamaq istəyirəm!”, - Tramp Poçettinoya deyib.

Söhbətin səs yazısı ABŞ milli komandasının mətbuat xidməti tərəfindən yayımlanıb.

Amerikalılar dünya çempionatının açılış oyununu 13 iyunda Paraqvaya qarşı oynayacaqlar. Oyun D qrupunun ilk turunda keçiriləcək.

Amerika Birləşmiş Ştatları Kanada və Meksika ilə birlikdə DÇ-2026-ya ev sahibliyi edəcək üç ölkədən biridir və turnirdə avtomatik iştirak hüququ qazanıb.

İdman.Biz