ABŞ millisinin müdafiəçisi Kris Riçards futbol üzrə dünya çempionatının qrup mərhələsinin ilk turunda Paraqvaya qarşı keçirilən oyunda (4:1) unikal statistik göstəriciyə imza atıb.
İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, futbolçu meydanda 90 dəqiqə ərzində çıxış edib və görüşü ötürmələrdə 100 faizlik dəqiqliklə başa vurub. Riçards matç ərzində 83 ötürmə yerinə yetirib və onların hamısı ünvana çatıb.
Dünya çempionatlarında bu statistikanın aparılmasına başlanıldığı 1966-cı ildən bəri heç bir futbolçu bir oyunda ən azı 80 ötürmə edib, eyni zamanda 100 faizlik dəqiqliyi qoruyub saxlaya bilməmişdi.
Beləliklə, ABŞ-li müdafiəçi mundiallar tarixində bu göstəriciyə nail olan ilk futbolçu kimi tarixə düşüb.
