Qapıçı Ceyms Traffordun bu yay “Mançester Siti”dən ayrılma ehtimalı yüksəkdir.
İdman.Biz bu barədə Florian Plettenberqə istinadən məlumat verir.
Oyunçunun bu qərarının ən tutarlı səbəbi daha çox oyun vaxtı qazanmaq istəyidir, italiyalı Canluici Donnarumma isə “Siti”nin əsas qapıçısıdır. “Nyukasl Yunayted” Trafford üçün əsas namizəd hesab olunur.
Keçən mövsüm 17 matçda Ceyms Trafford 13 qol buraxıb və səkkiz dəfə qapısını toxunulmaz saxlayıb. Onun “Siti” ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir. Onun transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.
