“Real Madrid” rəhbərliyi hücumçu Vinisius Juniora müqavilənin uzadılması ilə bağlı ultimatum verib.
İdman.Biz bu barədə “Marca”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, braziliyalıya ya yeni müqavilə imzalayacağı, ya da başqa təklif almayacağı deyilib. Əgər cinah oyunçusu müqavilə imzalamaqdan imtina edərsə, “Los Blancos” rəhbərliyi onu satmağı düşünə bilər.
Daha əvvəl oyunçu ilə maraqlandığını bildirən “Arsenal” vəziyyəti yaxından izləyir.
Vinisius 2018-ci ilin yayından “Real Madrid”də çıxış edir. Bu müddət ərzində hücumçu bütün yarışlarda 375 oyunda meydana çıxıb, 128 qol vurub və 100 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 140 milyon avrodur.
