Portuqaliyanın “Benfika” klubunun müdafiəçisi Antonio Silva karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
İdman.Biz xəbər verir ki, “Footmercato”nun məlumatına görə, "Bornmut" 22 yaşlı futbolçunun transferi üçün "Benfika" ilə razılıq əldə edib.
Müqavilənin dəyəri 25 milyon avro təşkil edir, əlavə olaraq bonuslar şəklində daha 5 milyon avro ödəniləcək. Portuqaliya millisinin üzvü yaxın vaxtlarda tibbi müayinədən keçəcək.
Antonio Silva "Benfika"nın yetirməsidir. Onun Lissabon təmsilçisi ilə müqaviləsinin müddəti bir ildən sonra başa çatmalı idi. Müdafiəçi Portuqaliya millisinin heyətində indiyədək 22 oyun keçirib.
Silva ötən mövsüm klub səviyyəsində 41 matçda meydana çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə edib və 8 sarı vərəqə alıb.
