Dünya çempionatında üçüncü günün oyunları: Türkiyə millisi ilk qarşılaşmasını keçirəcək

13 İyun 2026 09:57
107
Dünya çempionatında üçüncü günün oyunları: Türkiyə millisi ilk qarşılaşmasını keçirəcək

Futbol üzrə DÇ-2026-nın üçüncü günü azarkeşləri maraqlı qarşılaşmalar gözləyir.

İdman.Biz xəbər verir ki, günün ilk dueli B qrupunda mübarizə aparan Qətər və İsveçrə yığmaları arasında qeydə alınacaq.
“San-Fransisko bay Area” stadionunda keçiriləcək matçın startı iyunun 13-də, Bakı vaxtı ilə saat 23:00-ra təsadüf edəcək.

Növbəti qarşılaşmalar isə iyunun 13-dən 14-nə keçən gecə və səhər saatlarında baş tutacaq.

Belə ki, C qrupunda təşkil olunacaq Braziliya - Mərakeş oyunu gecə saat 02:00-da, Haiti - Şotlandiya matçı isə 05:00-da başlayacaq.

D qrupunun ilk matçı kimi diqqət çəkən Avstraliya - Türkiyə qarşılaşması isə Bakı vaxtı ilə səhər saat 08:00-da start götürəcək.

Dünya çempionatı
Birinci tur
13 iyun
B qrupu

23:00. Qətər - İsveçrə

14 iyun
C qrupu

02:00. Braziliya - Mərakeş
05:00. Haiti - Şotlandiya

D qrupu
08:00. Avstraliya - Türkiyə

İdman.Biz