İran millisinin məşq bazasının yaxınlığında meyit tapılıb

13 İyun 2026 10:53
102
İran millisinin məşq bazasının yaxınlığında meyit tapılıb

İran millisinin Meksikanın Tixuana şəhərində yerləşən məşq bazasının stadionu yaxınlığında çürümüş vəziyyətdə meyit aşkarlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFP agentliyi istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, meyit qara torbaya bükülmüş vəziyyətdə tapılıb. Cəsədin üzərində zorakılıq izlərinin olduğu da qeyd edilir.

Xatırladaq ki, futbol üzrə dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. İran millisi G qrupunda Misir, Belçika və Yeni Zelandiya yığmaları ilə mübarizə aparır.

Hazırkı dünya çempionu Argentina millisidir.

İdman.Biz
Məqalədə: