Bekhem və Tom Kruz ABŞ millisinin mundialdakı ilk oyununu izləyiblər - VİDEO

13 İyun 2026 11:47
133
Bekhem və Tom Kruz ABŞ millisinin mundialdakı ilk oyununu izləyiblər - VİDEO

Futbol üzrə İngiltərə millisinin sabiq yarımmüdafiəçisi və "Inter Mayami" klubunun həmsahibi Devid Bekhem, həmçinin məşhur Hollivud aktyoru Tom Kruz ABŞ millisinin Paraqvay üzərində 4:1 hesablı qələbə qazandığı oyunu stadiondan izləyiblər.

İdman.Biz xəbər verir ki, bu görüş ABŞ yığmasının 2026-cı il dünya çempionatındakı ilk matçı olub.

Qarşılaşma ABŞ-nin İnqlvud şəhərində yerləşən "SoFi Stadium" stadionunda keçirilib.

Bekhem və Tom Kruz tribunalarda yer alaraq ABŞ millisinin mundiala uğurlu startının canlı şahidi olublar.

İdman.Biz
Məqalədə: