Kanada 2026-cı il dünya çempionatında B qrupunun ilk oyununda Bosniya və Herseqovina ilə 1:1 hesablı heç-heçə edib.
İdman.Biz bildirir ki, oyun Torontodakı “BMO Field” stadionunda baş tutub.
Şimali Amerika millisi bununla da tarixində dünya çempionlarında ilk xalını qazanıb.
Kanada əvvəllər 1986 və 2022-ci il dünya çempionatlarında iştirak edib.
İkinci turda Kanada millisi Qətər (19 iyun) və üçüncü turda İsveçrə (24 iyun) ilə qarşılaşacaq. Hər iki oyun Vankuverdə keçiriləcək.
